Modern.az

Xəzərdə daha bir azərbaycanlı balıqçı batdı

Xəzərdə daha bir azərbaycanlı balıqçı batdı

13 Noyabr 2015, 13:49

Xəzər dənizində daha bir azərbaycanlı balıqçı batıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
11 noyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə   Pirallahı rayonu əzazisində dənizdə 1 balıqçının batması barədə  məlumat daxil olub. Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.

Xatırladaq ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində 3 balıqçı itkin düşmüşdü. Onların cəsədləri sonrakı günlərdə tapılaraq yaxınlarına təhvil verilib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi