Modern.az

Telman İsmayılovun alınan otelinin layihəsi ləğv oluna bilər

Telman İsmayılovun alınan otelinin layihəsi ləğv oluna bilər

13 Noyabr 2015, 15:12


Antalyada borclarla əlaqədar “Xalq Bank” tərəfindən alınan “Mardan Palace” otelinin layihəsinin ləğvi üçün iddia qaldırılıb.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən 1,4 milayrd dollara inşa edilən və borclar səbəbi ilə Xalq Bank tərəfindən 360 milyon 50 min lirəyə alınan “Mardan Palace” otel layihəsinin ləğvi üçün iddia qaldırılıb.   

Oteli tikən “Güclü İnşaat” şirkəti ona ödənilməyən borclar səbəbi ilə belə edib. Şirkət otelin satış elanının qaydalara uyğun aparılmadığını və başqa kredirotların təsdiqi olmadan layihənin satışının gerçəkləşdirilməsinin ləğv edilməsi məsələsini qaldırıb.  

Layihənin ləğvi ilə əlaqədar ortaya qoyulan iddialar doğru olmazsa, o zaman şirkət otelin satışının dəyərinin 10 faizi miqdarında, yəni 36 milyon lirə cəza ödəyəcək.  

Aytən Zəhra      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi