Modern.az

Yüz mininci sərnişin Bakı-Sumqayıt qatarından bir ay pulsuz istifadə edəcək

Yüz mininci sərnişin Bakı-Sumqayıt qatarından bir ay pulsuz istifadə edəcək

13 Noyabr 2015, 16:52


Noyabrın 13-də Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən yüz mininci sərnişin bəlli olub. Bu haqda Modern.az saytına  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir:

“Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov Tacan Kərimlini yüz mininci sərnişin olması münasibətilə cəmiyyət rəhbərliyi adından təbrik edib ona biznes-klass vaqonunda 1 ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib.

Daha sonra Tacan Kərimli KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək”.

Sentyabr ayının 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

“Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi