Modern.az

Putin İrana səfər edəcək

Putin İrana səfər edəcək

13 Noyabr 2015, 17:38


Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də İrana rəsmi səfər edəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Tehranda qaz ixracatçısı olan ölkələrin sammitində iştirak edəcək.

“Biz noyabrın 23-də Tehranda qaz ixracatçısı olan ölklərin 3-cü sammitinə hazırlaşırıq. Biz ən yüksək səviyyədə orada təmsil olunacağıq. Tehrana prezident gedəcək”, - Putinin köməkçisi Yuri Uşakov deyib.  

Bundan qabaq, Rusiya prezidenti noyabrın 15-16-da Antalyada keçiriləcək G20 zirvəsinə qatılacaq.    

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi