Modern.az

Sabiq nazir Əli Abbasov: “Evimdə oturmuşam”

Sabiq nazir Əli Abbasov: “Evimdə oturmuşam”

13 Noyabr 2015, 19:42


“Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırıblar”.

Modern.az saytı xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında vəzifəsindən dünən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

“Heç bir axtarış olmayıb” - deyə sabiq nazir onun evinə zəng vuran müxbirlə qısa söhbətində bu məlumatlara münasibət bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi