Modern.az

Sabirabadda 12 yaşlı uşaq ayağından güllə yarası alıb

 Sabirabadda 12 yaşlı uşaq ayağından güllə yarası alıb

13 Noyabr 2015, 21:15

 

Sabirabadda ehtiyatsızlıqdan 12 yaşlı uşaq ayağından güllə yarası alıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad rayonunun Moranlı kəndində uşaq mal-qara otararkən baş verib.

Həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Sadıqov Taleh Cəmil oğlu ayaq nahiyəsindən (sağ baldırın aşağı hsissəsindən) geniş ölçülü güllə yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yeləşdirlib. Şöbədə uşağa yardım edilib, ayağına cərrahi tikiş qoyulub. Hadisə uşaq mal-qara otararkən baş verib. Qohumların dediyinə görə, uşağın əlindən yerə düşən ov tüfəngindən açılan atəş onun ayağını yaralayıb. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır. Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi