Modern.az

Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməzdir

 Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməzdir

Təhsil

13 Noyabr 2015, 21:55

 

Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

P.Poroşenko qeyd edib: "Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi üçün hər cür şərait var. Ölkələrimiz bunun üçün potensiala malikdir". P.Poroşenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini təsdiq edib: "Bu mövqe Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətə əsaslanır".   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi