Modern.az

Parisdəki terrorda azərbaycanlıların ölüb-ölmədiyi araşdırılır

Parisdəki terrorda azərbaycanlıların ölüb-ölmədiyi araşdırılır

14 Noyabr 2015, 09:59

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

“Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur”-deyə H.Hacıyev qeyd edib.

Modern.az   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?