Ötən gecə Fransa paytaxı Parisdə törədilən qanlı terror aktları bütün dünyanı sarsıdıb. Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla əksər dövlət başçları Fransa prezidentinə başsağlığı verib. Xarici ölkələrdəki Fransa səfirliklərinin mühafizəsi gücləndirilib. Fransa ilə həmrəylik əlaməti olaraq, əksər Avropa və Şimali Amerika şəhərlərində tarixi binalar və abidələr üçrəngli Fransa bayrağına boyanıb.
Modern.az planetin ayrı-ayrı yerlərində Fransaya göstəsilən dəstək aksiyalarını fotolarla təqdim edir.
Modern.az