Modern.az

“Qarabağ” - “Tottenhem” matçı 1 dəqiqəlik sükutla başlayacaq

“Qarabağ” - “Tottenhem” matçı 1 dəqiqəlik sükutla başlayacaq

Təhsil

14 Noyabr 2015, 15:26


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA)  bayrağı altında keçiriləcək bütün matçlar Parisdəki teror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayacaq. Modern.az BBC-yə istinadən xəbər verir ki, bütün komandanın oyunçuları xüsusi qara sarğı ilə meydana çıxacaqlar.

Belə matçlar arasında UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində noybarın 26-da Bakının Tofiq Bəhramov adına stadionunda keçiriləck “Qarabağ”- “Tottenhem” və Yunanıstanın Saloniki şəhərində keçiriləck PAOK -“Qəbələ” oyunları da olacaq.

Ötən gecə Parisdə “İslam dövləti” terrorçularının törətdikləri partlayışlar zamanı azı 127 nəfər həlak olub. Fransada 3 günlük ümumilli matəm elan olunub  

Vüqar İsmayılov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi