“Bizim dövlət televiziyası olaraq bu barədə rəsmi cavabımız belədir: “Azərbaycan Dövlət Televiziyası” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətində Mədəniyyət kanalının direktor müavini Nadir Axundovun işdən çıxarılması ilə bağlı heç bir məlumat, cavab yoxdur”.
Bunu Modern.az saytına AzTV-nin mətbuat ximətinin rəhbəri Xatirə Qasım Mədəniyyət kanalının direktor müavini Nadir Axundovun işdən çıxarılması haqda yaılan xəbərlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, bir sıra KİV-lər tanınmış ssenarist , televiziya proqramları redaktoru Nadir Axundovun Mədəniyyət kanalındakı vəzifəsindən azad olunduğu barədə məlumat yayıb. Nadir Axundov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yeznəsi – bacısının əridir.
Elmin NURİ