Modern.az

Paris qətliamında ölənlərin sayı 129-a çatdı

 Paris qətliamında ölənlərin sayı 129-a çatdı

Təhsil

15 Noyabr 2015, 00:01

 

Fransanın terrorizmlə mübarizə prokuroru Fransua Molins, Parisdə dünən həyata keçirilən hücumlarda ən azı 129 nəfərin öldüyünü, 352 nəfərin yaralandığını açıqlayıb. Modern.az-ın xarici mediya istinadən verdiyi xəbərə görə, hücumların altı ayrı nöqtədə həyata keçirildiyini bildirən prokuror deyib:  “Parisdə dünən axşam meydana gələn terror hücumlarında 7 terrorçu ölüb. Terrorçular üç qrup halında koordinasiyalı hərəkət edib”.

Molins hadisədə həlak olanların və yaralananların sayının artdığını da qeyd edib: “Terror hücumlarında 129 nəfər həyatını itirib, 99-u ağır olmaqla 352 nəfər də yaralanıb”.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi