G20 liderlərinin sammitində iştirak etmək üçün Antalyaya gələn ABŞ prezidenti Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanla Obamanın ikitərəfli görüşlərinə start verilib.
Liderlər “Regnum” oteldə yerli vaxtla 10:40-da bir araya gəlib. Onların görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir.
***
Türkiyənin "Anadolu" agentliyinin məlumatına görə, prezidentlər arasında görüş artıq başa çatıb.