“Jurnalist Elmar Hüseynovun qatili qandallandı. Allaha inanmayan varmı?”. Modern.az saytə xəbər verir ki, bu sözləri tanınmış jurnalist Eynulla Fətullayev özünün Facebook səhifəsində yazıb.
Qeyd edək ki, E.Fətullayev bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun həbs olunmasını nəzərdə tutaraq qeyd edib.
Xatırladaq ki, bu gün Səbail rayon Məhkəməsində MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
"Haqqin.az" saytının jrəhbəri urnalist Eynulla Fətullayev vaxtilə “Monitor” jurnalında Elmar Hüseynovla birlikdə çalışıb.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.
Modern.az