Fransa Daxili İşlər Naziri Bernard Cazeneuve, kin və nifrət çağırışı edən məscidlərin bağlanılacağı xəbərdarlığı edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Parisdəki terror hücumlarından sonra France2 Televiziyasında verdiyi açıqlamada, məscidlərin bağlanması məsələsində təşəbbüs başlandığını bildirib.Baş nazir Manuel Valls isə verdiyi açıqlamada, nifrəti qızışdıran xarici imamların ölkədən dərhal deportasiya ediləcəyini söyləmişdi. Parisdə baş verən hücumlarda ən az 132 nəfər həyatını itirib, 349 nəfər də yaralanıb.
Qeyd edək ki, terroru “İslam dövləti” (İŞİD) terror təşkilatı törədib.
Emil Rasim