Noyabrın 14-də Masallı rayon sakini Rafiq Əsgərov paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildən qıdadan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 15-də Binəqədi rayonu ərazisində yaşayan Mirtural Məmmədzadə və Xırdalan şəhərində yaşayan Aytac Abbaszadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər.