Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda azərbaycanlıların da iştirak etdiyi kütləvi dava olub. Modern.az saytı Rusiyanın “Fontanka” saytına istinadən xəbər verir ki, noyabrın 15-i gecə şəhərin cənub-şərq səmtində aralarında 27 yaşlı professional boksçunun da olduğu 3 peterburqlu 2 Azərbaycan vətəndaşını döyüb. Xəsarət alan azərbaycanlılar kəllə-beyin travması və döş qəfəsinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Onların kimliyi hələ ki açıqlanmır.
“Fontanka”nın məlumatına görə, dava azərbaycanlı sürücü ilə yolu keçmək istəyən piyadalar arasında başlayıb.
Vüqar İsmayılov