“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları Qərb dünyasına qarşı tələb irəli sürüblər. Modern.az xarici mediaya istinadən bildirir ki, bu dəfə terrorçular qruplaşmanın adını xoşagəlməz formada, yəni abreviaturasına görə hədələyiblər.
İş burasındadır ki, rus dilindəki İŞİD ingilis transliterasiyasında ISIS, ərəbcə (DAEŞ) - əl-Davla əl-İslamiyə əl-İraq əl-Şam – kimi deyilir. Məhz ikinci variant Avropa liderlərinin çıxışlarında və dünyanın kütləvi informasiya vasitələrində populyar ifadə kimi işlədilir.
Ancaq Avropada yayılan qısaldılan forma terrorçuların xoşuna gəlmir. Onlar qruplaşmanın ərəb abreviaturasında səsləndirənləri dillərini kəsəcəkləri ilə hədələyiblər.
Modern.az