Modern.az

Güclü külək ağacı üç evin üzərinə aşırıb

 Güclü külək ağacı üç evin üzərinə aşırıb

18 Noyabr 2015, 01:02

 

Paytaxtda güclü külək ağacı üç evin üzərinə aşırıb. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə nazırliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Daxil olan məlumata əsasən, Bakı şəhirində əsən güclü küləyin təsirindən hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Bakı şəhəri İcra hakimiyyətinin Yaşıllaşdırma  İdarəsinin əməkdaşları ilə birgə təhlükə yaradan ağacı xüsusialət vasitəsilə kəsib və sakinlərinin təhlükəsizliyini təmin edib. 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi