Modern.az

KXCP-dəki qalmaqal barədəki məlumatlar TƏSDİQLƏNDİ

KXCP-dəki qalmaqal barədəki məlumatlar TƏSDİQLƏNDİ

18 Noyabr 2015, 12:00


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sessiyasında qalmaqal yaşandığı bildirilir.

Cumhuriyyet.az saytının yaydığı məlumata görə sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu müavini Oqtay Gülalıyevi vəzifəsindən çıxarıb. Buna səbəb isə Oqtay Gülalıyevin partiyanı parlament seçkilərində uğur qazana bilməməsinə  görə tənqid etməsi olub.

"Mən qurultaydan sonra dəfələrlə siyasi məsələlər üzrə müavinim Oqtay Gülalıyevlə müzakirələr apardım və ona bildirdim ki, seçimini etsin. Ya Milli Şura, ya da müavinlik. O seçim etmədi və Milli Şurada fəaliyyətini davam etdirdi. Mən bu gün onu müavinlikdən azad edirəm, bu gündən o, müavin deyil",-deyə o bildirib.  

Modern.az yayılan iddialarla bağlı KXCP-dən münasibət öyrənib. KXCP sədrinin müavini Xəzər Teyyublu mətbuatdakı informasiyaları təsdiq edib.  Onun sözlərinə görə, bununla belə Oqtay Güləliyev sıravi partiya üzvü kimi fəaliyyətini davam etdirə bilər.

Vüsalə Qəzənfərqızı

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi