Moskvanın Basmannı məhkəməsi Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin təşkilatçısı kimi günahlandırılan Daxili İşlər Nazirliyinin Çeçenistandakı “Şimal” batalyonunun döyüşçüsü Ruslan Muxudinov barəsində qiyabi həbs qərarı çıxarıb.
Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Muxudinovaya qətl və qanunsuz silah saxlama qarşı ittiham irəli sürülərək barəsində federal və beynəlxalq axtarış elan edilib.
Onun Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur. Rusiya İstintaq Komitəsinin nümayəndəsi qeyd edib ki, Muxudinov ölkəni yad pasportla tərk edib. Vəkili isə Muxudinovun günahsız olduğunu bildirib.
Boris Nemtsov bu il fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində güllələnərək qətlə yetirilib. Qətlin icraçıları kimi Zaur Dadaev, Anzor Qubaşev, onlara yardım etməkdə şübhəli bilinən Hamzat Baxaev, Şadid Qubaşev və Tamerlan Əskərxanov həbs ediliblər.
Modern.az