Modern.az

“Erkən nikahların sayı bizi çox narahat edir”

“Erkən nikahların sayı bizi çox narahat edir”

18 Noyabr 2015, 13:01

Bu gün Milli Məclisdə “Uşaqların zorakılıqdan müdafiəsinə” həsr olunmuş dəyirmi masa keçirilib. Modern.az saytı xəbər verir ki, tədbirin təşkilatçısı deputat Sevinc Fətəliyeva bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hər tərəfli inkişaf etməsi hər bir dövlətin, eyni zamanda hər bir insanın mənəvi və vətəndaş borcudur. O qeyd edib ki, tədbir 2 mövzunu özündə əks etdirir- bu uşaqlara qarşı zorakılıqla mübarizə və uşaq hüquqlarının müdafiəsidir.

“Ən əsası bu gün dəyirmi masa 2 əlamətdar günə həsr olunur. Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təsis edilmiş 18 noyabr Avropa uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi günüdür. Bu günün əsasında 2010-cu ilin noyabrında qəbul edilmiş Lanzarot Konvensiyası və həmin konvensiyanın davamı olaraq ONE FİNE kampaniyasının həyata keçirilməsi dayanır. Digər əlamətdar tarix isə 20 noyabr uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi”, daha sonra “Uşaq Hüquqları Konensiyası” qəbul edilib”.

Daha sonra çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, uşaqlara qarşı zorakılıq halları aradan qaldılmalıdır və uşaqlar arasında qız və oğlan ayrı-seçkiliyi edilməməlidir.  O qeyd edib ki, uşaqlara qarşı cinsi zorakılıq əsas hallarda onlara yaxın adamlar tərəfindən edilir. “Uşaqlar isə həmin insanları yaxın bildikləri üçün bu haqda onlar bu haqda problemlərini deyə bilmirlər. Ümumiyyətlə, bu hərəkətləri törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycanda uşaqların zorakılıqdan müdafiəsi çox güclü qanunvericilik bazası iıə tənzimlənir.

“Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün komitə tərəfindən hazırlanan təkliflərin artıq qəbul edilərək qüvvəyə minməsi yaxşı haldır. Rəsmi statistikada uşaqlara qarşı zorakılıq halları azalıb. Amma hər birimiz bilirik ki, statistikaya daxil edilməyən məsələlər də var. Bu gün uşaq hüquqlarının qorunması, onlara qarşı zorakılıq halları diqqətimizdədir. Erkən nikahlarla bağlı statistika da bizi çox narahat edir. Qanunvericilikdə bununla bağlı çox sərt addımlar atılıb. Amma təəssüf edirəm ki, cəmiyyətdə bu addımlara qarşı adekvat cavab görə bilmirik".

Daha sonra deputatlar və QHT nümayəndələri Azərbaycanda uşaq hüquqları ilə bağlı müzakirə ediblər.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi