Modern.az

Rauf Mirqədirovun məhkəməsində vəsatətlər təmin edilmədi

Rauf Mirqədirovun məhkəməsində vəsatətlər təmin edilmədi

18 Noyabr 2015, 14:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun qapalı məhkəmə prosesi keçirilib. Jurnalistin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevin Modern.az saytına verdiyi məlumata görə, Mirqədirov da məhkəmədə iştirak edir:

“Proses iştirakçılarından və nəzarətçilərdən başqa heç kimin prosesdə iştirakına icazə verilmir”.

Vəkil deyib ki, qaldırılan vəsatətlərin heç biri təmin edilməyib: “Daha sonra məhkəmə istintaqı başlayıb, hazırda fasilədir”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur. İlkin olaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən Rauf Mirqədirovun həbs müddəti daha sonra bir neçə dəfə uzadılıb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi