Modern.az

Ağ bayraqla Azərbaycana keçən erməni əsgər geri qaytarıldı

Ağ bayraqla Azərbaycana keçən erməni əsgər geri qaytarıldı

Təhsil

18 Noyabr 2015, 14:17


Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi 18 noyabr 2015-ci il tarixdə azad edərək qarşı tərəfə qaytarıb.

Bu barədə Modern.az saytına  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Humanitar prosess zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxlərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?