Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanlığı üçün namizədinin adını açıqlayıb.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu MHP-nin Kayseridən millət vəkili seçilən Yusuf Halacoğludur.
MHP iyunun 7-də keçirilən seçkilərdən sonra isə TBMM başqanlığına prezidentliyə keçmiş namizəd Ekmeleddin İhsanoğölunun namizədliyini irəli sürmüşdü.Türkiyədə noyabrın 1-də keçirilən təkrar parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 49,4 faiz səs toplayaraq yenidən təkbaşına hökumət qurmaq səlahiyyəti əldə edib.
Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12 faiz, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3 faiz səs alıb.
Modern.az