Modern.az

Vidadi Zeynalova iki maddə ilə ittiham elan edilib

Vidadi Zeynalova iki maddə ilə ittiham elan edilib

18 Noyabr 2015, 16:30

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən sabiq aparat rəhbəri Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.

O, bildirib ki, Vidadi Zeynalov Bakı İstintaq Təcridxanasında saxlanılır:

“Cinayət işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılır. Nəticələr elan olunmadan onun adının Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı proseslərdə hallanması doğru deyil. Saxlanılan şəxs bildirib ki, ömründə Eldar Mahmudovun üzünü görməyib. MTN-lə heç bir əlaqəsi olmayıb. Yeganə bağlılıq qardaşının orada işləməsi olub ki, o da vəzifəsindən kənarlaşdırılıb”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi