Modern.az

Yataqxanada yanğın baş verdi - 30 nəfər təxliyə edildi

Yataqxanada yanğın baş verdi  - 30 nəfər təxliyə edildi

18 Noyabr 2015, 16:58


Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib. 


Modern.az FHN-ə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd şkaf, 2-ci mərtəbədə ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin eyvanında 2 ədəd şkaf yanmış, yüksək temperaturdan mənzildə olan digər ev əşyaları əriyərək yararsız vəziyyətə düşüb. 

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi