Modern.az

MSK seçkilərə dair yekun sənədləri Konstitusiya Məhkəməsinə göndərir - QƏRAR

MSK seçkilərə dair yekun sənədləri Konstitusiya Məhkəməsinə göndərir - QƏRAR

18 Noyabr 2015, 17:35


Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri ilə bağlı sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.

Modern.az-ın məlumatına görə, MSK bugünkü iclasda noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib.

Daha sonra MSK üzvləri seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edib və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının, onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi