Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sərkisyanla görüşü yəqin ki, dekabr ayının əvvəlində olacaq. Modern.az saytının Ermənistan mediasina istinadən verdiyi xəbərə görə, bunu noyabrın 18-də hakim Respublika Partiyasının icraiyyə komitəsinin iclasından sonra jurnalistlərə parlamentin vitse-spikeri, partiyanın mətbuat katibi Eduard Şarmazaniv deyib.
“Prezidentlərin görüşü yaxın həftələrdə baş tutacaq. Gözlənilən görüşün dekabrın əvvəlində reallaşacağını düşünürəm. Bu görüşün hansı gün və harada keçiriləcəyini prezidentin aparatı müəyyən edilmiş qaydada xəbər verəcək”, - Şarmazanov bəyan edib.
Bu yaxınlarda regiona səfər edərkən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik prezidentlərin görüşünün bu ilin sonuna qədər təşkil ediləcəyini bildirirdi.
Modern.az