Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin ictimai cəzası başa çatıb. Modern.az-ın məlumatına görə, bu barədə o, özü məlumat verib:
“Nəhayət ki, bu gün Nəsimi Məhkəməsinin barəmdə çıxardığı 480 saat içtimai işlərə cəlb edilməyim haqda qətimkan tədbiri sona çatdı. Müvafiq olaraq, ölkədən kənara çıxmağıma qoyulmuş yasaq da ləğv olundu. Elə bil çiynlərimdən ağır bir yük götürüldü”.
Xatırladaq ki, 2014-cü il oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib.
Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.
Modern.az