Noyabrın 13-də Parisdə törədilən silsilə terror aktlarından sonra Avropa ölkələrində futbol oyunları zamanı təhlükəsizliyin təmin edilməsi gündəmə gəlib. Terrorçular Fransadan sonra digər Avropa ölkələrində də terror aktlarının davamının olacağını bəyan edirlər. Bu səbəbdən gələn həftə Çempionlar Liqası, Avropa kuboku kimi prestijli yarışlar çərçivəsində keçiriləcək qrup mərhələsinin növbəti oyunlarının təxirə salına biləcəyi istisna edilmir.
UEFA rəsmiləri isə Avropa kuboklarındakı oyunların təxirə salınmayacağını bəyan edirlər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bununla belə təşkilat klubların sahibləri və yerli hakimiyyətlə təhlükəsizlik məsələsinin yüksək səviyyədə təmin edilməsi istiqamətində ciddi iş görür.
UEFA rəsmiləri bildirirlər ki, indiyədək heç bir klub təşkilata noyabrın 24-dən 26-dək nəzərdə tutulan oyunların keçirilmə vaxtında dəyişikliklə bağlı müraciət etməyib. Bununla belə, UEFA klub rəsmiləri və yerli hakimiyyətlə daha sıx əlaqə saxlayır.
Modern.az