Sarayevoda naməlum şəxs bukmeker kontorunda iki əsgəri güllələyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bundan sonra cinayətkar evinə tərəf gedərkən yol boyu marşrut avtobusuna da atəş açıb. Nəticədə avtobusun sürücüsü və iki sərnişin müxtəlif xəsarətlər alıblar.
Şəhər polisindən verilən məlumata görə, naməlum şəxs evinə gəldikdən sonra bomba ilə özünü də partladıb. Hakimiyyət baş verən bu insidentin terror aktı olub-olmadığını araşdırma başa çatana qədər açıqlamaqdan imtina edib. Bosniya-Hersoqovinanın daxili işlər naziri Denis Zvezdiç bunu dövlətə hücum kimi dəyərləndirib.