Modern.az

Obama Rusiyanı seçim etməyə ÇAĞIRDI

Obama Rusiyanı seçim etməyə ÇAĞIRDI

19 Noyabr 2015, 14:32


ABŞ prezidenti Barak Obama Suirya münaqişəsinin həll yolunu prezident Bəşər Əsədin hakimiyyətdən getməsində görür.

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, Obama yalnız legitim Suriya hökumətinin formalaşması yolu ilə münaqişəyə son qoyulacağına inanır. O, Asiya-Sakit okean Sammiti çərçivəsində Kanada baş naziri Castin Trüdo ilə görüşdən sonra Rusiyaya səslənib:

“Rusiya kimi seçdiyini müəyyənləşdirməlidir: Suriya prezidenti Əsədi dəstəkləməkdə davam etmək, yaxud Suriya dövlətçiliyinin xilas olunması. Bəşər Əsəd Suriyada hakmiyyətini legitimləşdirə bilməyəcək”.  

Vyanada başa çatan danışıqlardan sonra Rusiyanın Suriya məsələsində mövqeyinin konstruktivləşdiyini desə də, Bəşər Əəsdin gələcəyi ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığını bəyan etmişdi.    

Vüqar İsmayılov            

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi