Rusiya xarici işlər nazrtinin müavini Oleq Sırmolotov “İslam dövləti” (İŞİD) sıralarında döyüşən 160 Rusiya vətəndaşının öldürüldüyünü deyib.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, nazirlik rəsmisi ümumilikdə, Suriyaya 2719 Rusiya vətəndaşının getdiyini söyləyib.
“Hazırda İŞİD bayrağı altında 25 mindən artıq əcnəbi terrorçu döyüşür. Onlardan 2719-u Rusiya vətəndaşıdır. Onlardan 160-ı öldürülüb, 73-ü geri qayıdıb və daha 36 nəfəri isə məhkəmə qərarı ilə mühakimə olunub”.Oleq Sırmolotov İŞİD tərkibində 7 min Rusiya və MDB vətəndaşlarının olduğunu deyib.
Vüqar İsmayılov