Modern.az

“Qarabağ problemini dünyadakı heç bir proses unutdura bilməz”

“Qarabağ problemini dünyadakı heç bir proses unutdura bilməz”

19 Noyabr 2015, 14:58


Dünyanın əsas diqqəti müharibə zonalarından insanların yaxşı yaşayış axtarışı üçün Avropaya üz tutmasına, İraq-Şam İslam Dövlətinin (İŞİD) bütün dünyada yaratdığı təhlükəyə, Fransadakı terrora yönəlib. Dünyada gedən proseslərin fonunda son zamanlar Dağlıq Qarabağ probleminin unudulması ehtimalı ortaya çıxır. Sanki bu hadisələrin fonunda Azərbaycanın işğal olunan torpaqları dünya ictimaiyyətinin gündəmindən kənarda qalıb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Modern.az-a bildirib ki, Qarabağ məsələsi daim nəinki Azərbaycanın, hətta beynəlxalq aləmin də gündəmindədir:

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı prezident İlham Əliyev hər gün fikirlər səsləndirir və bu problemin həlli ilə daim məşğuldur. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar gedir və mətbuatdan bu işləri izləyirik. Həmsədrlər regiona səfərlərində də açıqlama verdilər ki, gələn ay  Azərbayxan və Ermənistan prezidentlərinin görüşü olacaq”.

Deputat qeyd edub ki, Qarabağ heç zaman yaddan çıxmır və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün prezident İlham Əliyev mühüm addımlar atır:

“Dünyada gedən proseslər isə sübut edir ki, əgər terroru aradan qaldırmaq üçün ciddi addım atılmasa, bu sonda yaxşı proseslərlə nəticələnməyəcək. Bunun üçün isə ilk növbədə Azərbaycana qarşı terror edən Sərkisyan-Köçəryan cütlüyü meydandan uzaqlaşdırılmalıdır və bu məsələ kökündən həll edilməlidir. Düşünürəm ki, böyük mübarizələr olacaq və biz öz sözümüzü deyib, ərazi bütövlüyümüzü təmin edəcəyik. Dünyada gedən proseslərdən asılı olmayaraq, Azərbaycan öz mövqeyini bildirir, haqlı səsini dünyanın bütün yerlərində səsləndirilir”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi