Modern.az

Xədicə İsmayılın məhkəməsi ertələndi

Xədicə İsmayılın məhkəməsi ertələndi

19 Noyabr 2015, 16:16

“Azadlıq Radiosu”nun əməkdaşı Xədicə İsmayılın bu günə nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Modern.az saytı xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçiriləcək olan prosesin təxirə salınmasına səbəb vəkillərin məhkəməyə gəlməməsi olub. 

Növbəti proses noyabrın 25-ndə keçiriləcək.

X.İsmayılın apellyasiya şikayətinə hakim İlqar Murquzovun sədrliyi ilə baxılır. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsmayıl 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunurdu. Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. 

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi