Modern.az AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu gün AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında müvafiq ixtisas fənnləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl AMEA-nın Fizika İnstitutunda, sonra isə Riyaziyyat və Mexanika İnstitutunda olublar.
Elmin NURİ