Modern.az

Amerikalı həmsədr Azərbaycanın addımını humanitar jest adlandırdı

Amerikalı həmsədr Azərbaycanın addımını humanitar jest adlandırdı

19 Noyabr 2015, 19:00


ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycanın erməni əsgəri Andranik Qriqoryanı Ermənistana təhvil verməsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, amerikalı diplomat bu barədə özünün twitter səhifəsində yazıb. O qeyd edib ki, Azərbaycanın addımını alqışlayır.  

“Təmas xəttini keçən erməni əsgərinin geri qaytarılması Azərbaycanın humanitar jestidir. Biz bu jesti alqışlayırıq”.  

Andranik Qriqoryan bu ilin mart ayında könüllü olaraq Azərbaycana təslim olub. O, noyabrın 18-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil verilib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?