Modern.az

Leyla Əliyevanın qızı - FOTOLARDA

 Leyla Əliyevanın qızı  - FOTOLARDA

19 Noyabr 2015, 21:58

 

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə yeni foto paylaşıb. Modern.az saytı xəbər verir ki, onun adına olan İnstagram səhifəsində paylaşılan fotoda Leyla Əliyevanın əkiz oğlanları Əli və Mİkayılla yanaşı, Əminə də var.

Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın Əminə adlı qızı övladlığa götürdüyünü açıqlamışdı: "Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".  

 


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi