Bakıda gecə saatlarında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yanğın Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində baş verib.
Yanğın nəticəsində pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb.
Bütün mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az