Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, yüksək dövlət mükafatlarına layiq görülənlərdən biri də Azərbaycanın ən qocaman və ilk informatik alimi İsmayıl İbrahimov idi. Prezidentin sərəncamı ilə Əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif olunub.
Modern.az AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, “Şərəf” ordenini alimə təqdim etmək üçün prezident akademik Akif Əlizadə özü onun evinə gedib.
Bu il 100 yaşını qeyd edəcək elm xadimini prezident İlham Əliyevə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, İsmayıl İbrahimov Azərbaycanın ilk informatik alimi olaraq istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülüb