Modern.az

“Qaçqınkomun bu addımı sui-istifadə hallarının qarşısını almaqdır”

“Qaçqınkomun bu addımı sui-istifadə hallarının qarşısını almaqdır”

20 Noyabr 2015, 13:10


"Bu kimi hadisələr əvvəllər də baş verib. Bəzi qaçqın və məcburi köçkün ailələri belə hallardan sui-istifadə edirdilər”. Modern.az xəbər verir ki, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Qaçqınkom-un qaçqınlara və məcburi köçkün ailələrinə xəbərdarlıq etməsi ilə bağlı şərh verib.

O bildirib ki, bu məsələni parlamentdə də bir-neçə dəfə qaldırıb:

“Bu məsələni parlamentdə də bir-neçə dəfə qaldırmışam Xüsusilə o məsələni qaldırırdım ki, hərbçilərin, zabitlərin evini tutmuş qaçqınlar, ilk öncə evlərlə təmin olunmalıdırlar”.

Pariya sədri onu da vurğulayıb ki, qaçqınlar üçün belə bir şərait yaradılırsa, yəni yeni mənzillərlə təmin olunursa, onların ikinci bir mənzili mənimsəyib, yaranmış vəziyyətdən sui-istifadə etmələri doğru deyil: "Şərtlər dəyişilib, indi əvvəlki vaxt deyil. Normal bir şərait yaradılıbsa, kimsə bundan sui-istifadə etmək istəyirsə, dövlətin yükünü çiynində daşımaq istəmirsə, o zaman Qaçqınkom-un addımını anlamaq lazımdır. Bu dövlətin mövqeyindən çıxış etməkdir. Təbii ki, bütün dünyada iqtisadi şərtlər dəyişib, ölkədə də iqtisadi çətinliklər mövcuddur. Bu addım maliyyə çətinliyi ilə bağlı deyil, Qaçqınkomun bu addımı sui-istifadə hallarının qarşısını almaqdır”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi