Modern.az

Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası yaradıldı

Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası yaradıldı

20 Noyabr 2015, 14:05


Rusiya-Azərbaycan ali təhsil müəssisələri Assosasiyasıın tədbiri keçirilib.

Modern.az saytı xəbər verir ki, “Four Seasons” otelində baş tutan tədbirdə, təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil naziri Dmitri Livanov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin , Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər şəxslər iştirak ediblər.

Çıxış edən Mikayıl Cabbarov Azərbaycan-Rusiya təhsil ənənələrinin qədim köklərə malik olduğunu qeyd edib.   O deyib ki,  bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvardır.  

Sonra isə Rusiyanın təhsil naziri Naziri Dmitri Livanov da çıxış edib. O iki ölkə arasında təhsil sahəsində olan əmkdaşlıqdan söz açıb.  

Daha sonra çıxış edən hər iki Polad Bülbüloğlu və Vladimir Doroxin Azərbaycan-Rusiya arasındakı bütün sahələrin yüksək inkişaf etdiyini, həmçinin bu inkişaf fonunda təhsil sahəsinin xüsusi çəkisinin olduğunu vurğulayıblar.

Çıxışlardan sonra hər iki ölkənin rektorları tərəfindən Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb.


Ağa Akifoğlu

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi