Səhiyyə nazirinin müavini Elsevər Ağayevin işdən çıxarılması və Səhiyyə Nazirliyinin təftiş edilməsi haqqında informasiya həqiqəti əks etdirmir. Belə ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir müavini işdən çıxarılmayıb.
“Bu məlumatlar həqiqəti əks etdirmir. Səhiyyə Nazirliyi öz normal iş rejimində işləyir”. Nazirliyindən deyiblər. Nazirlikdən bildirilib ki, E.Ağayev hazırda ezamiyyətdədir və noyabrın 23-də işdə olacaq.
Qeyd edək ki, səhiyyə nazirinin müavini Elsevər Ağayevin “MTN işi” ilə əlaqədar işdən azad edilməsi haqqında informasiyalar yayılıb. Qeyd edilib ki, bu səbəbdən nazirlikdə təftiş gözlənilir.
Aytən ZƏHRA