Bu gün Malinin paytaxtı Bamako şəhərində “Radisson Blu” mehmanxanasında 10 nəfərlik terrorçu qrup 170 nəfəri girov götürüb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, girovlar arasında Afrikanın ən zəngin insanı, Nigeriya vətəndaşı Aliko Danqotenin də olduğu bildirilirdi. 14,7 milyard şəxsi sərvəti olan biznesmenin Maliyə ölkə prezidenti ilə görüş üçün gəldiyi qeyd edilirdi.
Amma milyarder xəbəri təkzib edib.
Bundan başqa, girovlar arasında Fransa, ABŞ və Çin vətəndaşlarının da olduğu bildirilir.
Son məlumatlara görə, “Quran”dan sitatlar gətirə bilmiş 2 qadın terorçular tərəfindən azad olunub.
Mehmanxanaya hücum zamanı ölənlərin sayı 9 nəfərə çatıb.
***
Son məlumata görə, Mali xüsusi xidmət orqanlarının əməkdaşları girovların azad edilməsi üçün əməliyyata başlayıb. Artıq 20 nəfər azad olunub... Əməliyyat davam edir..
Vüqar İsmayılov