AXCP Ali Məclisinin sədri Həsən Kərimov bu gün vəfat edib. Modern.az saytı xəbər verir ki, bu barədə AXCP-dən məlumat verilib. Partiyadan averilən xəbərdə deyilir ki, Həsən Kərimovun yolda halı pisləşib, onu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin H.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Həsən Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.
Həsən Kərimov bir neçə dəfə Bakıdakı klinikalarda və Türkiyənin İstanbul şəhərindəki tibb ocaqlarında müalicə almışdı.
O, 3 dəfə infarkt keçirmiş və İstanbulda ürəyindən əməliyyat olunmuşdu.
Xatırladaq ki, 2009-cu ildə Həsən Kərimovun iki oğlu bir-birinin ardınca ürək çatışmazlığından vəfat edib. Ailənin böyük oğlu İftixar Kərimov və kiçik oğlu Rəşad Kərimovun dünyalarını dəyişməsi ataları Həsən Kərimova çox pis təsir göstərmişdi.
H.Kərimov AXC hakimiyyəti dövründə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Allah rəhmət eləsin...
Modern.az