Avropa Şengen qaydalarına riayət etmir bunun da səbəbi miqrant axınıdır. Artıq Almaniya, Fransa, İsveç və digər ölkələr sqaçqın axınının qarşısını almaq üçün sərhədlərini bağlayacaqlarını bəyan ediblər.
Artıq Hollandiya, birdəfəlik olmasa da, sərhəd bölgədə nəzarəti artırdığını açıqlayıb. Polşa isə miqrantların axınına məruz qalacağı təqdirdə mövcud sistemdən imtina edəcəyini və Avropa İttifaqının qaçqın kvotasına əməl etməyəcəyini bildirib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Modern.az saytına mövzu ilə bağlı şərh verib. O, Modern.az-a açıqlamasında Avropa ölkələrinin atdığı addımın qeyri-qanuni olduğunu bildirib. Ekspert qeyd edib ki, Avropa Birliyinin müvafiq sənədləri var.“Həmin sənədlərdə vizaların verilməsindən tutmuş, Avropa məkanında vizası olan şəxslərin sərbəst hərəkətinə icazə verən məsələlər var. Avropa qanunlarına uyğun sənədlər var. Amma son vaxtlarda Avropada gedən proseslər onu göstərir ki Avropa ciddi tədbirlər görməlidir.
Bu sərhədlər yalnız miqrantların üzünə bağlana bilər, çünki Avropa İttifaqına üzv olan dövlətlərin pasportunda da fərq var. Bildiyimiz kimi Avropa avropalılar üçün vahid məkan hesab olunur. Sərhəddə ciddi yoxlamalar və məhdudiyyətlər miqrant və xarici vətəndaşlar üçün ola bilər. Buda bildiyimiz kimi Şengen sisteminə ziddir”.
Ərəstun Oruclu onu da bildirib ki, Fransada baş verən terror İŞİDin güclənməyindən xəbər verir.
“Görünür ki, İŞİD corafi mövqelərini genişləndirir. Buna görə düşünürəm ki, silahlı münaqişələr də güclənəcək. Bunun nəticəsi olaraq qaçqın axını güclənəcək.
Müsəlman ölkələrinin bəzilərində sosial-iqdisadi böhran var, buna görə də əhali vətəni tərk edərək yaxşı həyat axtarışındadır. Avropada bunun qarşısını almaq üçüm alternativ yol tapar. İlk öncə miqrant axını, daha sonra Fransada baş verən terror ondan xəbər verir ki, Avropa da vəziyyət o qədərdə ürək açan deyil.
Emil Rasim