Modern.az

Malidə 80 girov azad edilib

Malidə 80 girov azad edilib

20 Noyabr 2015, 16:29


Malinin paytaxtı Bamakoda girovların azad olunması üçün gerçəkləşdirilən əməliyyat zamanı 80 nəfər azad olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qalan 90 girovun həyatına təhlükə yoxdur ,çünki onlar öz otel nömrəlində qapalı vəziyyətdə qalıblar.

Fransa prezidenti Fransua Olland isə girovların azad olunması üçün Fransa xüsusi təyinatlılarının da malili həmkarlarına yardım etdiyini açıqlayıb. Girovların azad olunması əməliyyatı davam edir.  

Bu gün səhər saatlarında 10 nəfər silahlı terrorçu “Redisson Blu” otelində daxil olaraq 170 nəfəri – 130 müştəri və 30 işçini girov götürüb.      

Vüqar İsmayılov        

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi