Modern.az

İstintaq Təcridxanasının keçmiş rəisi özünü asdı

İstintaq Təcridxanasının keçmiş rəisi özünü asdı

20 Noyabr 2015, 16:44



Qırğızıstanda oktyabrın 12-də 9 ekstremistin qaçdığı İstintaq Təcridxanasının keçmiş rəisi özünü öldürüb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İmanqulu Teltaev təcridxananın tibb məntəqəsindəki palatada özünü asıb.

İslamçı ekstremistlərin təcridxanadan qaçmasına görə “Səhlənkarlıq” maddəsi ilə cinayət işi qaldırılıb. Həmin iş üzrə adı keçən Teltaev noyabrın 11-də saxlanılaraq bir aylıq barəsində həbs qətimkan tədbiri seçilib. O, təcridxanada səhhətindən şikayət etdiyindən tibb məntəqəsinə yerləşdirilib. O, palatada tək qalırdı.

Qırğızıstanda qadağan edilən “Jajşul Maxdi” islamçı təşkilatının 9 həbs edilən üzvü oktyabrın 12-də gecə Çuyski vilayətindəki istintaq təcridxanasından qaçıb. Bu zaman onlara mane olmağa çalışan təcridxananın 3 əməkdaşı öldürülmüşdü. Qaçanlardan 5-i tezliklə saxlanılsa da, qalanları gizlənə biliblər. 10 gün sonra güc strukturları onların yerlərini aşkar edərək məhv ediblər.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi