Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkədəki səfiri Andrey Karlovu Suriyada baş verən hava zərbələrinə görə sərt tənqid edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfir Andrey Karlov Suriya türkmənlərinin yaşadığı Bayırburcaq şəhərinin Rusiya aviasiyası tərəfindən bombalanmasına görə çağrılıb.
Suriya türkmənləri ölkənin şimalında yaşayırlar və ən çoxsaylı etnik azlıqlardan biri hesab olunurlar.
Vüqar İsmayılov